Azərbaycanda uşaq hüquqlarına dair sənədlərin ilk elektron kitabxanası yaradılacaq

Azərbaycanda uşaq hüquqlarına dair sənədlərin ilk elektron kitabxanası yaradılacaq
# 02 aprel 2009 14:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda Uşaq Hüquqları Klinikasının təşəbbüsü ilə uşaq hüquqlarına dair sənədlərin ilk elektron kitabxanası yaradılacaq.
Klinikadan «APA-Economics»ə verilən məlumata əsasən, elektron kitabxana, ötən il Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə yaradılan Yuvenal Ədliyyə Layihəsi çərçivəsində yaradılan Uşaq Klinikasının İnternet ünvanında (www.crlc.az) yerləşən rəsmi saytında fəaliyyət göstərəcək.
Bu səhifənin yaradılması üzrə işlər bu ilin fevral ayından etibarən başlanıb və səhifədə uşaq hüquqları ilə bağlı bir sıra konvensiyalar, qanunlar, beynəlxalq və yerli sənədlər, dövlət strukturlarına müraciət formaları və s. məlumatlar yerləşdiriləcək.
Bununla yanaşı, cari il ərzində Uşaq Klinikasında üçrəqəmli telefon nömrəsi ilə vahid «qaynar xətt»in yaradılması da nəzərdə tutulub.
Uşaq Hüquqları Klinikası insan hüquqları üzrə müvəkkillə (ombudsman) əməkdaşlıqda UNICEF-in, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı və «Hüquq Dünyası» Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən 2007-ci ildə təsis olunub.
Uşaq Hüquqları Klinikasının əsas məqsədi uşaq hüquqları sahəsində Kliniki Hüquqi Təhsilin inkişafına kömək etmək və uşaqlara hüquqi yardım göstərməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR