Naxçıvanda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iki cəzaçəkmə müəssisəsi üçün yeni binalar istifadəyə verilib

Naxçıvanda Ədliyyə Nazirliyi  Penitensiar Xidmətinin iki cəzaçəkmə müəssisəsi üçün yeni binalar istifadəyə verilib
# 02 aprel 2009 16:48 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası (MR) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə və 21 saylı xüsusi müəssisələrinin yeni binaları istifadəyə verilib .APA-nın yerli bürosunun məlumatına görə, beynəlxalq təcrübə nəzərə alınmaqla tikilən binalar 3 mərtəbədən ibarətdir.

İki girişdən ibarət 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi üçün binanın bir hissəsi məhkumlar, digər hissə isə şəxsi heyət üçün nəzərdə tutub. Burada 108 yerlik yataqxana, görüş otaqları, klub-kitabxana, 50 yerlik iclas zalı, tibbi hissə və digər məişət otaqları yaradılıb.

21 saylı xüsusi müəssisənin binası da eyni layihə əsasında inşa olunub. Cəzaçəkmə müəssisəsində məhkumlar və şəxsi heyət üçün müvafiq şərait yaradılıb. Burada yataqxana, iş otaqları, kitabxana və digər iş otaqları yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR