Leyla Seyidbəyova: “Paytaxtın bütün apteklərində yoxlama aparılacaq, reseptsiz dərman satan apteklər bağlanacaq”

Leyla Seyidbəyova: “Paytaxtın bütün apteklərində yoxlama aparılacaq, reseptsiz dərman satan apteklər bağlanacaq”
# 17 aprel 2009 10:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən də bu məsələyə çox ciddi yanaşılacaq. L. Seyidbəyova yaxın günlərdə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən paytaxtın bütün apteklərdə yoxlamalara başlanacağını söyləyib: “Hansı aptekdə reseptsiz dərman verilməsi ilə bağlı fakt aşkar olunsa, bu apteklər bağlanacaq”.

Qeyd edək ki, hazırda Bakı şəhərində 300-dən artıq aptek fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR