Ali məktəblərin magistratura pilləsinə 15 minə yaxın bakalavrın sənəd verəcəyi gözlənilir

Bakı. İlhamə İsabalayeva – APA. Ali məktəblərin magistratura pilləsində təhsil almaq üçün indiyədək 7 minə yaxın bakalavr sənəd verib. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, aprelin 13-dən başlanan sənəd qəbulu aprelin 20-dək davam edəcək. Həmin müddətədək sənəd verən bakalavrların sayının 15 minə çatacağı gözlənilir. M. Abbaszadə deyib ki, sənəd qəbulunun müddətinin uzadılması nəzərdə tutulmur. Magistratura imtahanların birinci mərhələsinin mayın 3-də keçirilməsi planlaşdırılır. Bu mərhələdə bakalavrın test üsulu ilə məntiqi təfəkkürü, informatika, xarici dili səviyyəsi yoxlanılacaq.
Sosial

"Elektron prokurorluq" informasiya sistemi “Elektron hökumət” portalına qoşulacaq

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qrupunun iclası keçirilib
