Azərbaycanın dağlıq ərazilərində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaradılacaq

Azərbaycanın dağlıq ərazilərində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaradılacaq
# 23 iyul 2009 09:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın yüksək dağlıq ərazilərində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaradılması layihəsinin hazırlıq işləri yekunlaşmaq üzərədir. APA-Economics»in məlumatına görə, bunu cari ilin ilk 6 ayının yekunlarına dair hökumətin müşavirəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazir bildirib ki, artıq layihə çərçivəsində Şahdağ-Tufandağ ərazilərində, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın öyrənilməsi üzrə Mərkəzin inşasına başlanıb. Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin tərkib hissəsi kimi, Tufandağın ən uca nöqtəsində - 4192 metr yüksəklikdə və Şahdağ zirvəsində - 4250 metr hündürlükdə Avropada ən yüksək sayılacaq 2 kompleks avtomatik meteoroloji stansiya quraşdırılacaq. Eyni zamanda, ərazinin müxtəlif nöqtələrində quraşdırılacaq veb-kameralar sayəsində Azərbaycan vətəndaşları internet vasitəsilə həmin əraziləri canlı rejimdə görə biləcək. Bütün kompleksin avtonom rejimdə fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün burada günəş və külək generatorlarından istifadə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR