Bakıda Beynəlxalq Uşaq Hüquqları Konvensiyası gününə həsr olunmuş xeyriyyə satış sərgisi keçirilib – FOTO

Bakıda Beynəlxalq Uşaq Hüquqları Konvensiyası gününə həsr olunmuş xeyriyyə satış sərgisi keçirilib – <font color=red>FOTO </font>
# 20 noyabr 2009 14:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakıda 20 noyabr - Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Gününə həsr olunmuş xeyriyyə satış sərgisi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin rəhbəri Zərifə Quliyev qeyd edib ki, tədbirdən əldə olunan vəsait “İnternatı bitirmiş uşaqların işlə təmin olunması layihəsinə” sərf olunacaq. Birlik rəhbərinin sözlərinə görə, yaxşılıq eləmək çətin deyil, bunu istəmək kifayətdir. Sərgidə bir çox şirkət və firmalar maraqlı xeyriyyə aksiyaları təşkil ediblər, eləcə də kimsəsiz uşaqların əl işlərindən ibarət auksion təşkil edilib. Sərgidə Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri, xarici və yerli firma rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, cari ilin oktyabrın 28-də “Rəsm istedadı olan kimsəsiz uşaqların yaradıcılıq potensialının inkişafı” adlı layihəsi reallaşdırılıb. Layihəyə Türkan qəsəbəsində yerləşən E. Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbindən 13 uşaq cəlb olunub. Kurslar 6 ay müddətində davam edəcək. Layihə çərçivəsində seçilən ən istedadlı iki uşağın Avropada rəssamlıq ixtisası üzrə təhsilini davam etdirməsi üçün şərait yaradılacaq. Kursları Rəssamlıq Akademiyasının müəllim heyəti aparır. Rəsm kursları “Ziya Art” salonunda həftədə 2 dəfə təşkil olunur. Layihənin həyata keçməsində “KCA Deutag” şirkəti və “İnternational Woman Club” böyük dəstək olmuş və uşaqları rəsm kursları üçün lazım olan ləvazimatlarla təmin ediblər. Layihənin ilkin mərhələlərini təşkilat artıq həyata keçirilib. Cari ilin fevralında “Abşeron” rəsm qalereyasında əlil və kimsəsiz uşaqların rəsm əsərlərindən ibarət birinci rəsm sərgisi keçirilib. Sərgidə 5 internat məktəbinin istedadlı uşaqlarının 70-dək rəsm əsərləri sərgilənib. Bu sərgi təqdim etdiyimiz layihənin potensiallı kimsəsiz uşaqları müəyyən etmək üçün araşdırma məqsədi ilə edilib. Keçirilən tədbirin nəticəsində cəlb edilən 5 internat məktəbinin 13 nəfər ən istedadlı şagirdləri peşəkar rəssamlar tərəfindən seçilib. Bu uşaqların potensialını cəmiyyətə qazandırmaq və inkişafı üçün “Xüsusi istedada malik olan kimsəsiz uşaqların yaradıcılıq potensialının inkişafı” adlı layihənin həyata keçirilməklə cəmiyyətə istedadlı gənc rəssamlar qazandırmaqdır .
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR