Ağdam rayonunun Quzanlı qəsəbəsinə təbii qazın verilişi bərpa edilib

Ağdam rayonunun Quzanlı qəsəbəsinə təbii qazın verilişi bərpa edilib
# 15 dekabr 2009 13:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Ağdam rayonunun Quzanlı qəsəbəsinə təbii qazın verilişi bərpa edilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Hazırda Quzanlı qəsəbəsində 413 abonent təbii qazdan istifadə edir. Qəsəbənin tam qazlaşdırılması məqsədilə tikinti işləri sürətləndirilib. Əraziyə 10 000 metr uzunluğunda polietilen qaz borusu çəkilib. Yeni ilədək qəsəbənin qalan 450 abonentinin də təbii qazdan istifadə edəcəyi gözlənilir.

Ağdam rayonunun digər qəsəbələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, hazırda Ağdam rayonunun inzibati mərkəzinin yerləşdiyi Quzanlı qəsəbəsinə təbii qaz 2008-ci ildən verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR