Hadı Rəcəbli: “Yaşayış minimumu və təqaüdlər martda artırıla bilər”

Hadı Rəcəbli: “Yaşayış minimumu və təqaüdlər martda artırıla bilər”
# 11 yanvar 2007 10:29 (UTC +04:00)
Enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə bağlı yaşayış minimumu və təqaüdlər nəzərdə tutulduğundan daha tez-martda artırıla bilər. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, yaşayış minimumu və təqaüdlərin artırılmasının bir neçə ay tezləşdirilməsi ilə yanaşı, onların həcmi də nəzərdə tutulduğundan çox ola bilər: “Bu, vəziyyətin qismən düzəlməsinə köməklik göstərəcək”. Komissiya sədri hazırda enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsində müəyyən hesablamalar aparıldığını, vəziyyətdən çıxış yollarının araşdırıldığını bildirib: “Aparılan araşdırma və hesablamalar bu ayın sonuna kimi davam edəcək”. H.Rəcəbli, həmçinin deyib ki, yeni ilin əvvəlindən minimum əmək haqqı ilə pensiyaların həcminin artırılması da əhalinin sosial müdafiəsinə təsir göstərəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR