Beynəlxalq Sosial Təminat Assosiasiyası: “Bir çox ölkələr Azərbaycanın pensiya və sosial sığorta sahəsində əldə etdiyi təcrübəni öyrənib tətbiq edə bilər”

Beynəlxalq Sosial Təminat Assosiasiyası: “Bir çox ölkələr Azərbaycanın pensiya və sosial sığorta sahəsində əldə etdiyi təcrübəni öyrənib tətbiq edə bilər”
# 17 yanvar 2007 10:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) keçirilən görüşdə qonaq sosial sığorta, pensiya sahəsində respublikada həyata keçirilən işlər barədə məlumatlandırılıb. DSMF sədri Səlim Müslümov bildirib ki, Azərbaycan bu sahədə qısa müddət ərzində uğurlar əldə edib. Artıq həyata keçirilən pensiya islahatları nəticə verir: “Son üç ildə Azərbaycanda orta illik inkişaf tempi 25-26%, ötən il isə 35% təşkil edib. Bu müddətdə pensiyaların məbləği 2 dəfə, ötən il isə 60% artırılaraq 27 dollardan 40 dollara çatdırılıb. Yaxın iki il ərzində isə bu məbləğ yaşayış minimumundan yüksək olacaq”.
S.Müslümov Azərbaycanın BSTA ilə əməkdaşlığı bütün sahələrdə davam etdirməyə maraqlı olduğunu vurğulayıb.
Korozon de la Paz isə Azərbaycan hökumətinin yoxsulluğun azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiklərini bəyan edib: “Azərbaycan iqtisadi inkişaf, yoxsulluğun azaldılması istiqamətində ciddi işlər aparır. Biz də bu sahədə öz yardımımızı göstərməyə hazırıq. Bu gün bir çox ölkələr Azərbaycanın pensiya və sosial sığorta sahəsində əldə etdiyi təcrübəni öyrənib tətbiq edə bilərlər”.
Təşkilat prezidenti həmçinin vurğulayıb ki, artıq Azərbaycan BSTA-nın fəaliyyətinin planlaşdırılmasında iştirak edə bilər: “Mənim Azərbaycanda müzakirə edəcəyim əsas məsələlər arasında əhalinin maksimum dərəcədə sosial sığortaya cəlbi də var. Azərbaycan hökuməti bu istiqamətdə iş aparır. Bu sahədə bizim dəstəyimizdən də istifadə edə bilərsiniz”.
Qeyd edək ki, yanvarın 18-dək davam edəcək səfər çərçivəsində BSTA prezidentinin DSMF ilə yanaşı Nazirlər Kabinetində, Milli Məclisdə və Prezidentin İcra Aparatında görüşləri planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan 2004-cü ilin may ayında Assosiyasiyaya tamhüquqlu üzv qəbul edilib. BSTA 80 il öncə yaradılıb və bu günədək bu quruma 150 ölkənin 350-dək təşkilatı üzv olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR