Bakı sürücüləri arasında “Təhlükəsiz yol - nümunəvi sürücü” devizi altında təbliğat aylığının keçirilməsinə başlanılır

Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin “Xüsusi tədbirlər planı”nın tələblərinin yetirilməsi üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi martın 10-dan aprelin 10-dək paytaxt sürücüləri arasında “Təhlükəsiz yol - nümunəvi sürücü” devizi altında təbliğat aylığının keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, təbliğat tədbiri bir ay müddətində keçiriləcək. Bu müddət ərzində BŞDYPİ-nin əməkdaşları yol hərəkəti qaydalarını pozanlarla yanaşı, intizamlı sürücüləri də saxlayacaq. Onun sözlərinə görə, həmin sürücüləri cərimə yox, mükafat gözləyir. V.Əsədov qeyd edib ki, təbliğat ayının keçirilməsində məqsəd sürücülər arasında yol-hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsidir. Bu müddət ərzində İctimai Televiziyada təbliğat çarxları nümayiş etdiriləcək. /APA/
Sosial

Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər - FOTO - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
