Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Abşeron rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Abşeron rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib
# 11 oktyabr 2007 12:06 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Abşeron rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayon prokuroru Azər Vahabzadə, rayonun Polis İdarəsinin rəisi Zahid Məmmədov və digər vəzifəli şəxslər iştirak edib. Yeni inşa edilən ikimərtəbəli binada şöbənin əməkdaşlarının fəaliyyəti üçün maddi-texniki baza ilə təmin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR