Salyan rayonunun bir qrup sakini ölkə prezidentinə müraciət edib

Salyan rayonunun bir qrup sakini ölkə prezidentinə müraciət edib
# 16 oktyabr 2007 12:31 (UTC +04:00)
Salyan rayonunun Aydınül, Yolüstü, I Varlı, II Varlı, Kürsəngi və Peyk kəndlərinin bir qrup sakini ölkə prezidentinə müraciət edib. “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədovun APA-ya verdiyi məlumata görə, müraciəti 682 nəfər imzalayıb. Adıçəkilən kəndlərin sakinləri öz müraciətlərində 15 min nəfərin yaşadığı bu kəndlərin ərazisindən keçən yolun “Salyan Oil” əməliyyat şirkətinin ağır tonnajlı maşınları tərəfindən yararsız hala salındığını, şirkətin yolu təmir etməkdən boyun qaçırdığını vurğulayıblar. Onlar qarşıdan qış aylarının gəldiyini və bu kəndlərə gediş-gəlişin mümkün olmayacağını bildiriblər. Sakinlər ölkə prezidentindən problemin həllinə yardımçı olmağı xahiş ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR