Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev: “Lahıcda bələdiyyə sədri at oynadır”

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev: “Lahıcda bələdiyyə sədri at oynadır”
# 01 noyabr 2007 15:37 (UTC +04:00)
“Lahıcda bələdiyyə sədri at oynadır. Qoruq ərazisinin istənilən sahəsini istənilən şəxsə verir. Halbuki belə bir səlahiyyət yalnız qoruq rəhbərinə verilib. Faktiki olaraq, qoruq ərazisini mühafizə edə bilməyən qoruq rəhbərinin gücü bircə ona çatır ki, hər ay vaxtlı-vaxtlında hesabat hazırlayıb, nə qədər ərazinin mənimsənildiyini söyləsin”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bu gün Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən toplantıdakı çıxışında deyib. Lahıcın çox nadir qoruq ərazisi olduğunu bildirən nazir müavini bu tarixi qoruq abidəsi ilə çoxlu qonaqların maraqlandığını və onları 8-9 yaşlı yerli uşaqların qarşıladığını bildirib: “Rus və ingilis dillərində sərbəst danışan bu uşaqlar qonaqları kəndin girəcəyində qarşılayıb ərazi ilə tanışlıq və bələdçilik üçün qiymət danışır, həm pul qazanırlar, həm də gərəkli məlumat verirlər. Halbuki bu işi bizim qoruq əməkdaşları öz boyunlarına çəkməli və qonaqları ərazi ilə hərtərəfli tanış etməlidirlər”. Digər qoruq ərazisi olan Basqalda bu gün Azərbaycanın ən gözəl mülklərinin tikildiyini deyən Ə. Vəliyev tonlarla ağır yük daşıyan maşınların hamısının qoruq ərazisindən keçdiyini, ona görə də tarixi bir qoruqdan əsər-əlamət qalmadığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR