Bakıda Yunanıstan Həftəsi keçirilir

Bakıda Yunanıstan Həftəsi keçirilir
# 14 iyun 2008 09:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycan paytaxtının “Park Hyatt Baku” otelində Yunanıstan Həftəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, həftənin açılışına həsr olunmuş tədbirdə çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin istənilən səviyyədə inkişaf etmədiyini və mövcud imkanlara cavab vermədiyini deyib. O bildirib ki, həftənin keçirilməsində məqsəd Yunanıstanın iqtisadi imkanları barədə məlumat verməkdir: “Yunanıstan qədim ölkə olmaqla yanaşı, eyni zamanda müasir iqtisadi potensiala malik bir dövlətdir. Üç qitə arasında yerləşən Yunanıstan bu qitələr arasında körpünün qurulmasında əlverişli rola malikdir”. Səfir bir həftə ərzində yunan mətbəxi, yunan musiqisi və yunan zövqü ilə tanış olmaq üçün yaxşı imkan yarandığını söyləyib.
Tədbirdə iştirak edən qonaqlara Yunanıstanın Saloniki şəhərinin “Hyatt Regency” otelinin baş aşpazı İoanis Şasiotisin Yunanıstandan gətirilmiş ərzaq məhsullarından hazırladığı yunan mətbəxi nümunələrindən dadmaq imkanı verildi. Qonaqlar arasında lotereya da oynanıldı. Qalib gələnlər həftənin təşkilatçıları olan şirkətlərdən hədiyyələr qazandılar və Yunanıstana səfər etmək imkanı əldə etdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR