Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun Himayəçilik Şurasının II iclası Bakıda keçiriləcək

Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun Himayəçilik Şurasının II iclası Bakıda keçiriləcək
# 17 iyun 2008 10:43 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının II iclası noyabrın 14-18-də Bakıda keçiriləcək. ATAF-ın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Himayəçilik Şurasının Ankarada keçirilən ilk iclasında şuranın Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimlərindən ibarət 52 nəfərlik tərkibi, ştat cədvəli və büdcəsi təsdiqlənib. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl şuranın sədri, professor İhsan Doğramaçı, millət vəkili Səməd Seyidov və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Əhməd Erentok isə sədr müavinləri seçiliblər. Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan ATAF-ın Ali Məsləhət Şurasının həmsədrləri, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun həmsədrləri Nizami Cəfərov və Mustafa Kabakçı onların müavinləri təyin olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR