10 il işləyənlərə dövlət qulluğuna qəbulda yalnız müsahibədə iştirak hüququ verən vəzifələr müəyyənləşib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 13 yanvar 2023 15:59 (UTC +04:00)

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında vəzifələrin siyahısı müəyyənləşib.

APA-nın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.

Siyahıda rəhbər vəzifələr və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında

(qurumlarında) vəzifələrin SİYAHISI

  1. Təyinatı Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan vəzifələr.
  2. Seçkisi və təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr.
  3. Dövlət orqanlarında (qurumlarında) aşağıdakı vəzifələr:
    1. idman sahəsi üzrə:
      1. olimpiya komplekslərinin, idman qurğularının rəhbərləri və onların müavinləri;
      2. idman məktəblərinin rəhbərləri;
    2. qida təhlükəsizliyi sahəsi üzrə:
      1. mühəndis-texnoloq;
      2. sanitar həkim, həkim-epidemioloq, həkim-bakterioloq, həkim-gigiyenist;
      3. baytar müfəttiş;
      4. fitosanitar müfəttiş entomoloq;
      5. fitohelmintoloq, fitopatoloq;
      6. herboloq, mikrobioloq;
      7. bioloq, molekulyar bioloq;
      8. kimyaçı;
      9. parazitoloq;
      10. genetik;
      11. seroloq;
      12. virusoloq;
      13. bakterioloq;
      14. mikoloq;
    3. kənd təsərrüfatı sahəsi üzrə:
      1. bitkiçilik üzrə mütəxəssis;
      2. epizootoloq;
      3. seleksiya üzrə mütəxəssis;
      4. baytar həkim və mütəxəssis;
      1. aqronom;
      2. bitki mühafizə vasitələri üzrə mütəxəssis;
      3. aqrokimyaçı, toksikoloq, radioloq;
      4. kənd təsərrüfatı mühəndisi;
      5. kənd təsərrüfatı texnikası üzrə mexanik;
    1. memarlıq, şəhərsalma və tikinti fəaliyyəti sahəsi üzrə:
      1. memar;
      2. konstruktor;
      3. mühəndis;
    2. mədəniyyət sahəsi üzrə:
      1. mədəniyyət müəssisələrinin rəhbərləri (uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin direktorları, muzey direktorları, H.Əliyev mərkəzlərinin və mədəniyyət mərkəzlərinin direktorları, respublika əhəmiyyətli və mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları, rəsm qalereyalarının direktorları, dövlət qoruqlarının direktorları, teatr və konsert müəssisələrinin direktorları, kinostudiya və kinoteatrların direktorları, nəşriyyatların direktorları);
    1. səhiyyə və tibb sahəsi üzrə:
      1. tibb müəssisələrinin rəhbərləri (baş direktor, direktor, baş həkim) və onların müavinləri;
    2. dövlət orqanı statusuna malik olmayan dövlət qurumlarında informasiya texnologiyaları üzrə mütəxəssis;
    3. elmi müəssisə və təşkilatlar üzrə:
      1. elmi müəssisənin (təşkilatın) rəhbəri və onun müavini;
      2. elmi müəssisədə (təşkilatda) baş konstruktor;
      3. elmi müəssisədə (təşkilatda) baş mühəndis;
      4. elmi müəssisədə (təşkilatda) baş texnoloq;
      5. elmi müəssisədə (təşkilatda) informasiya texnologiyaları üzrə tədqiqatçı;
      6. elmi müəssisədə (təşkilatda) kosmos üzrə tədqiqatçı;
      7. elmi müəssisədə (təşkilatda) mühəndis-tədqiqatçı;
      8. elmi müəssisədə (təşkilatda) fizik-tədqiqatçı;
      9. elmi müəssisədə (təşkilatda) kimyaçı-tədqiqatçı.

Qeyd. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin üçüncü hissəsinin və 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsinin tələbləri bu Siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il stajı olan şəxslərə şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR