"Ölkəmizin 14 rayonunda uşaq poliklinikaları bazasında uşaq psixi sağlamlıq bölmələri yaradılıb".
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov deyib. Onun sözlərinə görə, müəssisələrdə uşaq psixiatrı, psixoloq, psixopedaqoq, sosial işçi, loqopedin daxil olduğu multidisiplinar komanda fəaliyyət göstərir:
"Uşaq və yeniyetmələrdə rast gəlinən psixi sağlamlığın digər problemləri ilə yanaşı, bu mütəxəssislər autizm spektrli pozuntusu olan uşaqlara da yardım göstərir" - o deyib.