Zaqatalada yeniyetmə qız dəm qazından boğularaq həyatını itirib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.