211 nömrəli məktəbin direktoru başqa məktəbə təyinat alıb

211 nömrəli məktəbin direktoru başqa məktəbə təyinat alıb
# 03 noyabr 2022 15:23 (UTC +04:00)

Bakı şəhəri 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova tutduğu vəzifədən azad edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq deyilib. Bildirilib ki, Həcər Mahmudova paytaxtdakı 30 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, H. Mahmudovanın adı rüşvət qalmaqalında hallanırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR