40-yaxın azərbaycanlı tələbə Avstriyada dil tədrisi proqramına cəlb olunacaq

40-yaxın azərbaycanlı tələbə Avstriyada dil tədrisi proqramına cəlb olunacaq
# 06 may 2022 11:10 (UTC +04:00)

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsinə həsr olunan simpozium keçirilib.
APA xəbər verir ki, “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumu rektoru Kamal Abdulla açıb.

O bu əməkdaşlığın simpoziumdan sonra da davam edəcəyinə ümid etdiyini deyib.

Rektor tədbirin ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunduğunu vurğulayıb: “Azərbaycan Dillər və Bakı Slavyan Universitetləri bu konfransın baş tutması üçün əlindən gələni ediblər. Qeyd edim ki, 2002-ci ildən almaniyalı türkoloqlarla birlikdə "Dədə Qorqud və nibelunqların müqayisəli təhlili" elmi əsəri üzərində işləyirik".
Sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev simpoziumun davamının Bakı Slavyan Universitetlərində həm bu gün, həm də mayın 8-də davam edəcəyini diqqətə çatdırıb.

Germanistika üzrə Beynəlxalq Assosiasiyasının prezidenti Laura Auteri ise qeyd edib ki, onların təşkilatı azərbaycanlı tələbələr üçün təhsil və təcrübə proqramı təklif edir. Bu proqramlar Maynts, Palermo və Lüksemburq Universitetlərində həyata keçiriləcək.

"Gənclərin germanistika sahəsində inkişafı üçün bu yeni perspektivlər açır" - o, qeyd edib.

Tədbirdə vurğulanıb ki, Avstriya səfirliyinin dəstəyi ilə 40-a yaxın tələbə həmin ölkəyə gedərək öz dil biliklərini inkişaf etdirəcək.

Qeyd edək ki, simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrdən alimlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR