Ağalıda məişət tullantılarının gündəlik daşınması üçün 35 konteyner yerləşdirilib

Ağalıda məişət tullantılarının gündəlik daşınması üçün 35 konteyner yerləşdirilib
# 02 iyun 2023 16:18 (UTC +04:00)

Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə əlaqədar “Təmiz Şəhər” ASC tərəfindən Zəngilan poliqonu ərazisində 3 ədəd müvəqqəti tullantı hücrəsi hazırlanıb və tullantıların zərərsizləşdirilməsi təşkil olunub.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, “Təmiz Şəhər” ASC-nin korporativ strukturunda Şərqi Zəngəzur regional bölməsi yaradılıb və yerli sakinlər işlə təmin olunub.

Hazırda Ağalı kəndində məişət tullantılarının gündəlik daşınması üçün 8 meydançada 35 konteyner yerləşdirilib. Zəngilan poliqonunda hazırlanmış müvəqqəti tullantı hücrələrində tullantıların zərərsizləşdirilməsi prosesi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR