Ağalıya qayıdan daha 12 ailə kəndə çatıb - FOTO - VİDEO

Ağalıya qayıdan daha 12 ailə kəndə çatıb - FOTO  - VİDEO
# 07 sentyabr 2022 16:38 (UTC +04:00)

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana qayıdışın ikinci mərhələsi çərçivəsində daha 12 ailə öz doğma kəndinə qayıdıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 30 ilə yaxın köçkün həyatı yaşayan Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri doğma yurdlarına sevinc göz yaşları ilə qayıdıb.

Ailələri kənd mərkəzində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Onları təbrik edərək göz aydınlığı verən Vahid Hacıyev sakinlərə kənd haqqında məlumat verib. O bildirib ki, əhalinin rifahı üçün kənddə bütün zəruri şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR