Ağdamda qasırğa kənd sakinlərinin təsərrüfatına ziyan vurub - YENİLƏNİB

Ağdamda qasırğa kənd sakinlərinin təsərrüfatına ziyan vurub - YENİLƏNİB
# 31 may 2023 20:06 (UTC +04:00)

Qasırğa Ağdam Rayonunun Əfətli, Qaradağlı və Çəmənli kəndlərində də fəsadlar törədib .

APA-nın yerli müxbirinin xəbərinə görə, təbiət hadisəsi Çəmənli kənd sakini Quliyev Arzuman Allahverən oglu,
Həsənxanlı kənd sakini Hüseyinov Nayiq Rəhim oğlu və Qaradağlı kənd sakini Qasımov Fəqan İsmixan oğlunun fərdi təsərrüfatına ziyan vurub.

Hazırda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

***

Saat 19:21

Ağdamda güclü külək fəsadlar törədib.

APA-nın yerli müxbirinin xəbərinə görə, yağışla müşahidə olunan külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektik naqillərini qırıb. Rayonun Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Məmmədov Xəqani Rəhbər oğluna məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olduğu maşının üstünə aşan ağac avtomobili yararsız hala salıb, sürücü xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR