Ali məktəb tələbələrinin 52 faizə yaxını təqaüd alır

Ali məktəb tələbələrinin 52 faizə yaxını təqaüd alır
# 18 yanvar 2023 17:21 (UTC +04:00)

2022/2023-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsili müəssisəsində 64,6 min tələbə təhsil alıb, onların 61,9 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 222,8 min nəfər olub ki, onların da 50,1 faizini qadınlar təşkil edib.

2022-ci ildə ali təhsilin bakalavr səviyyəsinə 50,5 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 51,3 faiz olub ki, onların da 77,3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 51,9 faizi təqaüd alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR