Altı günlük məktəblərdə noyabrın 7-si dərs olacaq

Altı günlük məktəblərdə noyabrın 7-si dərs olacaq
# 31 oktyabr 2022 10:57 (UTC +04:00)

Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:

1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR