AMEA əməkdaşlarının attestasiyası keçirilir

Azərbaycan Milli Elmlər Akademiyası

© APA | Azərbaycan Milli Elmlər Akademiyası

# 03 mart 2022 14:27 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında işçilərin attestasiyası keçirilir.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bildirib.

Onun sözlərinə görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda hazırda bu proses davam edir:

“Attestasiya zamanı AMEA-nın əməkdaşlarının qarşısına qoyulan vəzifələrə yenidən baxılır, işinin səmərəliliyi müəyyən edilir. Bu proseslər zamanı yerdəyişmələr ola bilər. Daxili tənzimləmə məqsədi daşıyan attestasiya bizə kömək edir ki, dəyişən elmi prioritetlərə uyğun olaraq kadrları yenidən yerləşdirək və strukturu təzədən formalaşdıraq. İntellektual resursların düzgün yerləşdirilməsi birbaşa elmin inkişafına hesablanıb”- o bildirib.

Qeyd edək ki, biologiya və tibb elmləri bölməsinə daxil olan elmi tədqiqat müəssisələrində də hazırda attestasiya keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR