AQTA: 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşib

AQTA: 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşib
# 09 fevral 2023 12:05 (UTC +04:00)

"Ölkəyə virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşib".

APA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikayılov Aİ tərəfindən maliyyələşdirilən "AZ 17 ENI AG 01 20: Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" adlı tvinninq layihəsinin yekunları ilə bağlı keçirilən konfransda deyib.

O həmçinin bildirib ki, təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb və monitorinqlərin elektron izlənməsi mexanizmi qurulub.

"Bitki sağlamlığının izlənməsi istiqamətində ilk dəfə olaraq Milli Monitorinq Planı hazırlanıb və icrası həyata keçirilir. 30-a qədər zərərli orqanizmin risk analizi aparılıb. Bitkiçilik məhsullarının beynəlxalq ticarətinin asanlaşdırılması üçün bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq qurulub", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR