AQTA daha bir ölkəyə qoyulan məhdudiyyəti aradan qaldırıb

AQTA daha bir ölkəyə qoyulan məhdudiyyəti aradan qaldırıb
# 20 sentyabr 2022 14:22 (UTC +04:00)

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının (RF) Xantı-Mansi muxtar dairəsində qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb.

Qida Təhlükəsizliyi AgentliyindəN APA-ya verilən xəbərə görə, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan muxtar dairədə xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin rəsmi məlumatı və “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, Nyukasl xəstəliyi ilə bağlı RF-nın Xantı-Mansi muxtar dairəsinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda müvafiq tədbirlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR