Arxeoloq alimin intihar etdiyi məlum olub - VİDEO - YENİLƏNİB

Emil Əlisahib oğlu İsgəndərli

© APA | Emil Əlisahib oğlu İsgəndərli

# 23 may 2022 14:52 (UTC +04:00)

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərlinin ölümü ilə bağlı yeni məlumat açıqlanıb.
APA-nın xəbərinə görə, 41 yaşlı alimin intihar etdiyi məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

***

10.35

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib.

İnstitutdan APA-ya verilən xəbərə görə, alim dünən axşam saatlarında vəfat edib.

O, Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR