Avropa Məhkəməsi miqrantların Ruandaya deportasiyasına qadağa qoyub

Avropa Məhkəməsi miqrantların Ruandaya deportasiyasına qadağa qoyub
# 15 iyun 2022 20:19 (UTC +04:00)

Böyük Britaniyanın müxtəlif ölkələrdən olan miqrantları Ruandaya göndərmək cəhdi baş tutmayıb.

APA “Le Monde” nəşrinə istinadla xəbər verir ki, mühacirləri Afrika ölkəsinə çatdırmalı olan aviareys Avropa İnsan Hüquqları Məhkəməsinin müdaxiləsindən sonra son anda təxirə salınıb. Qurum, deportasiya planının Ruandaya göndəriləcək miqrantlar üçün geriyə dönüşü olmayan risklər yaradacağını deyir.

Qərardan narazı qalan Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi planın həyata keçməsi üçün geri addım atmayacaqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR