Azərbaycan DİN helikopter qəzası ilə bağlı Gürcüstana başsağlığı verib

Azərbaycan DİN helikopter qəzası ilə bağlı Gürcüstana başsağlığı verib
# 30 iyul 2022 12:21 (UTC +04:00)

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) helikopter qəzası ilə bağlı Gürcüstana başsağlığı verib.

DİN-dən APA-ya verilən məlumata görə, başsağlığı məktubunda deyilir:

"Gürcüstanın Qudauri dağ kurortu ərazisində xilasedici helikopterin qəzaya uğraması nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və digər şəxslərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Daxili İşlər Nazirliyinə, həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR