Azərbaycanda 49 yaşlı qadın əkiz uşaq dünyaya gətirib

Azərbaycanda 49 yaşlı qadın əkiz uşaq dünyaya gətirib
# 27 yanvar 2023 15:02 (UTC +04:00)

49 yaşlı pasiyentin 22 il sonsuzluq sonrası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda əkiz övladları dünyaya gəlib.

Bu barədə APA-ya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan xəbər verilib.

Bildirilib ki, hamiləliyin III trimestrində İnstitutun Hamiləliyin Patologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zinyət Muradovaya müraciət edən qadına stasionar müalicə planı təyin olunub. Hamiləlik hipertenziyası, fəsadlaşmış ginekoloji anamnez (FGA), sonsuzluq I, əkiz hamiləlik diaqnozları ilə daim nəzarətdə olan pasiyentə vəziyyəti ilə əlaqədar olaraq təcili qeysəriyyə kəsiyi təyin olunub.

"Z.Muradova tərəfindən əməliyyat uğurla icra olunub, biri qız və biri oğlan olan əkiz körpələr dünyaya gəlib.

Azçəkili dünyaya gələn yenidoğulmuşlara Neonatologiya şöbəsinin müdiri, t.ü.f.d. Gülnarə Məmmədzadənin nəzarəti ilə intensiv palatada stasionar müayinələr icra olunub. Əmmə refleksləri zəif olan əkizlərin vəziyyəti həkim və tibbi heyətin nəzarəti ilə stabilləşdi, ana südü ilə qidalanmaları normallaşdı və körpələr ailələri ilə birlikdə evə yola salınıb" - məlumatda bildilib..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR