Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 10 yanvar 2022 15:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir, buster doza üzrə isə vaksinasiya olunan yoxdur.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 430, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 363, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR