Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 15 iyul 2022 17:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1935 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 395, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1220, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 178 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 787 674, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 841, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 878, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 319 936, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 019 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR