Azərbaycanda epidemioloji vəziyyət sabit qalmaqdadır - RƏSMİ

Qəhrəman Haqverdiyev

© APA | Qəhrəman Haqverdiyev

# 25 iyul 2022 12:50 (UTC +04:00)

Ölkəmizdə peyvəndləmə yüksək səviyyədə olduğundan Azərbaycanda epidemioloji sabit vəziyyət qalmaqdadır ki, bu da tam olaraq müvafiq səhiyyə orqanlarının nəzarətindədir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən dünyada, o cümlədən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının dəyişməsi ilə bağlı vəziyyət diqqətlə izlənilir, tendensiyalar təhlil edilir:

“Təəssüf ki, bu il iyun ayının ortalarından etibarən dünyada koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır və artıq pandemiyanın növbəti dalğası haqqında danışılır. Son iki həftə ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, dünyanın 110 ölkəsində yeni koronavirusa yoluxma hallarının sayının artdığı qeyd edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR