Azərbaycanda son sutkada 76 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda son sutkada 76 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib
# 12 sentyabr 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, 9 857 nəfər vəfat edib, aktiv xəstə sayı 2 372 nəfərdir.

Ölkədə son sutka ərzində 1 916, hazırkı dövrədək isə 7 195 841 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR