Azərbaycanda sosial həssas ailələrdə olan uşaqların siyahısı hazırlanıb

Azərbaycanda sosial həssas ailələrdə olan uşaqların siyahısı hazırlanıb
# 08 may 2023 10:04 (UTC +04:00)

Sosial həssas ailələrin və həmin ailələrdə olan uşaqların siyahısı hazırlanıb.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, keçən il uşaqların icbari təhsildən yayınması və baxımsızlığı ilə bağlı respublikanın rayonlarını da əhatə edən mütəmadi monitorinqlərlə sosial həssas ailələrin və həmin ailələrdə olan uşaqların siyahısı hazırlanıb, onların təhsildən yayınmasının, qanunsuz əməllərə təhrik edilməsinin və məcburi əməyə cəlb olunmasının qarşısının alınması məqsədilə hər biri ilə fərdi profilaktik iş aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR