Azərbaycanlı yeniyetmə Beynəlxalq olimpiadanın ilk mərhələsini uğurla keçib - FOTO

Azərbaycanlı yeniyetmə Beynəlxalq olimpiadanın ilk mərhələsini uğurla keçib - FOTO
# 20 fevral 2023 12:19 (UTC +04:00)

Azərbaycanlı yeniyetmə İsmayıl Ataşov Beynəlxalq "Stem Math Olympiad" olimpiadasının ilk mərhələsini uğurla keçərək növbəti tura iştirak haqqı qazanıb.

APA xəbər verir ki, İstanbul Liseyinin İngilis dili bölməsinin 8-ci sinif şagirdi olan İsmayıl Ataşov daim öz üzərində çalışan, dərslərində və sosial layihələrdə aktiv iştirak edən şagirdlərdəndir. O, Türkiyəyə yardım kampaniyasında və Vətən müharibəsində iştirak edən aztəminatlı ailələrin yardım kampaniyasında da fəal iştirak edib.

Məktəbdaxili İngilis dili "Cambridge Flyers" səviyyəsi üzrə imtahandan çox müvəffəqiyyətlə keçərək ilklər sırasına daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR