“Azəriqaz” İB-nin baş direktor müavini vətəndaşların problemini dinləyib - FOTO

“Azəriqaz” İB-nin baş direktor müavini vətəndaşların problemini dinləyib - FOTO
# 06 iyun 2022 18:56 (UTC +04:00)

““SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq biz yerlərdə abonentlərlə mütəmadi görüşlər keçiririk. Sahibkarlar da diqqətdən kənarda qalmır. İndiyədək təşkil olunan 80 görüşün məhz 36-da onların qaz təchizatına dair problemləri dinlənilib. Bu gün də sizdən xahiş edirəm ki, qaz təsərrüfatı ilə bağlı üzləşdiyiniz çətinlikləri rahat şəkildə bildirin”.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, bu sözləri Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Ağsuda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

“Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə 20 nəfər sakinin problem və təklifi dinlənilib. Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi ilə bağlı olub. Baş direktorun müavini daxil olan bəzi müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR