Bakalavriat səviyyəsi üzrə müraciəti təsdiqlənənlərin sayı açıqlanıb

Bakalavriat səviyyəsi üzrə müraciəti təsdiqlənənlərin sayı açıqlanıb
# 20 sentyabr 2022 15:19 (UTC +04:00)

Cari ildə bakalavriat təhsil səviyyəsinə ümumilikdə 48 608 nəfər portal.edu.az üzərindən elektron qaydada müraciət edib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 48 340 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Həmçinin ali tibb təhsili əsasında qəbul olanlar üçün portal.edu.az üzərindən elektron qaydada sənəd qəbulu prosesi başa çatıb.

Cari ildə həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya ümumilikdə 425 nəfər portal.edu.az üzərindən elektron qaydada müraciət edib, onlardan 424 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR