Bakı, Sumqayıt, Abşeron üzrə iyun ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt, Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
# 09 iyun 2023 12:15 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR