Bakıda 134 nəfər XII sinifdə təhsil alır

Bakıda 134 nəfər XII sinifdə təhsil alır
# 21 dekabr 2021 09:58 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Bu barədə APA-ya BŞTİ-dən bildirilib.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR