Bakıda 17 mindən çox şagird təmayül sinifdə təhsil alır

Bakıda 17 mindən çox şagird təmayül sinifdə təhsil alır
# 09 iyun 2022 10:46 (UTC +04:00)

2021-2022-ci tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 17 241 şagird təhsil alır.

APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, BŞTİ tərəfindən İdarənin tabeliyindəki təhsil müəssisələrindəki təmayül siniflər haqqında məlumatlar toplanılıb və inkişaf perspektivləri təhlil edilib.

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR