Bakıda təmir edilən məktəblərin sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 28 dekabr 2021 10:03 (UTC +04:00)

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 81 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

BŞTİ-dən APA-ya verilən məlumata görə, 7 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 88, 172, 133, 205, 307, 333), ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan, Binə, Xocasən qəsəbələri, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb.

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.

Həmçinin 3 məktəbdə (35, 87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR