Bayram günlərində təcili yardıma daxil olan çağırışların sayı məlum olub

Bayram günlərində təcili yardıma daxil olan çağırışların sayı məlum olub
# 27 mart 2023 12:06 (UTC +04:00)

Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

“Təcili tibbi yardım xidməti gün ərzində 2 100 - 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub. Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub. Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub”, - məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR