Belçikada Azərbaycanda məskunlaşan yəhudi icmasına həsr olunmuş fotosərgi təşkil olunacaq.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu məqsədlə belçikalı fotoqraflarlar Juli Böfis, Frank Döpev və Yunisksi Fahardon Qubaya səfər edib.
Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev görüş keçirilib. Görüşdən sonra qonaqlar Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyinə ziyarət edib.