Bəzi çayların səviyyəsində artım var, sel təhlükəsi davam edir

Bəzi çayların səviyyəsində artım var, sel təhlükəsi davam edir
# 01 iyun 2023 13:57 (UTC +04:00)

Mayın 31-də ölkədə yağan intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb.

Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib. Onun sözlərinə görə, Kiçik Qafqazda Şəmkir rayonu ərazisindən keçən hissəsində Şəmkirçay, eyni zamanda Dəstəfurçayda, Qəbələ rayonu ərazisində axan Dəmiraparançayda qısa müddətli sel keçib:

“1 iyun saat 13:00-a olan məlumata əsasən, artıq çaylar səviyyəsində nisbətən azalma müşüahidə olunub. Digər çaylarda isə artım hazırda davam edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində, Qanıx çayı, o cümlədən Dəstəfurçayın səviyyəsində nisbətən artım davam edir”.

Asif Verdiyev qeyd edib ki, mayın 31-də Türyançay və Göyçayın hövzəsinə yağan intensiv yağışlar nəticəsində bu gün Qarasu çayında suyun səviyyəsi 42 sm artıb:

“Hazırda artım davam etməkdədir. Çaylarda suyun səviyyəsində nisbətən azalma müşahidə edilsə də, sel təhlükəsi hazırda qalmaqda davam edir. Yağıntılı hava şəraitinin iyunun ayının 3-ü gündüzədək davam etməsi ilə əlaqədar istənilən çayın hövzəsində sel təhlükəsi qalır. Ona görə də rayonlarda, sahilyanı ərazilərdə yaşayan əhali də ehtiyatlı olsun, bu müddətdə çayın məcrasına yaxınlaşmasınlar, uzaq olsunlar ki, xoşagəlməz hallarla üzləşməsinlər. Hazırda respublika çaylarında baş verən çayın rejimi haqqında məlumatlar izlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR