Bəzi küçə və prospektdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb

Bəzi küçə və prospektdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb
# 21 yanvar 2023 10:41 (UTC +04:00)

Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR