Qənirə Paşayeva "AMEA-nın professoru" seçilib

Qənirə Paşayeva "AMEA-nın professoru" seçilib
  • Clock-gray 13:54
  • calendar-gray 17 İyul 2019

İyulun 17-də AMEA Rəyasət Heyətinin iclasında "AMEA-nın professoru" adını almaq üçün seçki keçirilib. 

APA-nın xəbərinə görə, AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən, gizli keçirilən səsvermədə Rəyasət Heyətinin üzvləri iştirak ediblər. 

Nəticələrə əsasən, 13 nəfər “AMEA-nın professoru” adına layiq görülüb. Onların arasında deputat Qənirə Paşayeva da var.

Qeyd edək ki, "AMEA-nın professoru" adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib. Seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib.
 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date