Bu il Bakıda cinayət işləri üzrə 20 milyon manat ziyan vurulub

Bu il Bakıda cinayət işləri üzrə 20 milyon manat ziyan vurulub
# 20 iyul 2022 15:45 (UTC +04:00)

Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə fiziki və hüquqi şəxslərə 19.855.211 manat ziyan vurulub.

APA xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru Elşən Abbasov 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

O bildirib ki, maddi ziyandan 64,6 %, yəni 12.820.852 manat hissəsinin ödənilməsinə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR